İsrailin sabiq Baş Qərargah rəisi, hazırda hərbi kabinetdə portfelsiz nazir olan Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağında döyüşlərdə həlak olub.
“Azreform.info ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Ehtiyatda olan çavuş Qal Meir Ayzenkot Qəzzanın şimalında gedən döyüşlərdə 25 yaşında həlak olub”, – açıqlamada diqqətə çatdırılıb.
Ölkənin Baş naziri Binyamin Netanyahu nazirə və onun həyat yoldaşına başsağlığı verərək Qal Ayzenkotu “cəsur döyüşçü və əsl qəhrəman” adlandırıb.