Qəzza bütün bəşəriyyətin məsələsidir - Rəisi

7
Dek
2023
22:00

Qəzza zolağının bombardmanını tez bir zamanda dayandırmaq lazımdır. Bu məsələ təkcə bizim regionumuzun deyil, bütün bəşəriyyətin məsələsidir. Ona görə də bu məsələnin çox tez həlli tapılmalıdır.

Azreform.info xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

O bildirib ki, İsrailin hərəkətlərinin ABŞ, eləcə də Qərb ölkələri tərəfindən dəstəklənməsi xüsusilə təəssüf doğurur.