Aİİ və İran tezliklə azad ticarət sazişi imzalayacaq

7
Dek
2023
21:23

Yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında azad ticarət zonası haqqında sazişin imzalanması planlaşdırılır.

Azreform.info ” xəbər verir ki, bu barədə Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında dekabrın 7-də Moskvada keçiriləcək danışıqların materiallarında bildirilib.

“Rusiya-İran əlaqələrinin intensivləşməsinə Aİİ və İran arasında azad ticarət sazişinin bağlanması kömək edəcək - danışıqlar uğurla başa çatıb, sənədin imzalanması yaxın vaxtlarda baş tutacaq”, - materiallarda qeyd edilib.

Qeyd edək ki, hazırda Aİİ ölkələri ilə İran arasında 17 may 2018-ci il tarixli müvəqqəti saziş əsasında güzəştli ticarət rejimi fəaliyyət göstərir.