Ceyhun Bayramov omanlı həmkarı ilə görüşüb - FOTO

15
Apr
2024
14:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədral Busaidi ilə görüşüb.

Azreform.info  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələlərə - ticarət və investisiyalara, təhsil və mədəniyyətə, bərpa olunan enerji və s. müzakirə ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.