İsrail İrana dair qərar qəbul edəcək

14
Apr
2024
16:49

İsrail hökuməti bu gün İranın hücumu ilə bağlı cavab zərbəsinə dair qərar qəbul edəcək.

Azreform.info xəbər verir ki, bunu İsrail Ordusunun nümayəndəsi podpolkovnik Piter Lerner “Sky News“-a müsahibəsində bildirib.

Qeyd edək ki, İsrail Ordusu bu gün ölkə ərazisinə gecə hücumuna görə Hizzbullah Hərəkatının Livandakı böyük obyektinə zərbə endirildiyini açıqlayıb.