İran ABŞ-a xəbərdarlıq edib

14
Apr
2024
12:28

İran İsveçrə vasitəsi ilə ABŞ-a xəbərdarlıq edib.

Azreform.info xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

İsveçrə vasitəsi ilə ABŞ-a xəbərdarlıq edilib ki, əgər Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləyərsə, ABŞ hərbi bazaları Tehranın hədəfi olacaq: “Biz buna təcavüz kimi baxacağıq və uyğun cavab verəcəyik”.