Ermənistan parlamentində Paşinyanla Koçaryanın oğlu arasında söz davası baş verib

6
Dek
2023
20:23

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırkı hakimiyyət və sələflər arasındakı fərq ondan ibarətdir ki, indi siyasi xadimlər evlərin girişində öldürülmür.

Azreform.info “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, o, parlamentdə deputat, keçmiş prezidentin oğlu Levon Koçaryanın - "daha hansı ölkələrdə insanlar sosial şəbəkələrdə paylaşımlara görə həbs edilir?" sualını belə cavablandırıb.

“Biz başqa ölkələrin statistikasını öyrənməmişik, amma mən ölkəmizdə əvvəlki dövrlərlə müqayisə apara bilərəm. Məsələn, deyə bilərik ki, siyasətçilər girişlərdə öldürülmür, insanlara atəş açılmır, seçkilərin nəticələri saxtalaşdırılmır, Yerablurda torpaq sahələri mənimsənilmir”, - o bildirib.

Baş nazir qeyd edib ki, hökumət artıq beşinci ildir ki, Ermənistanın demokratiya sahəsində irəliləyişini qeyd edən beynəlxalq hesabatları və reytinqləri izləyir.