Putini qırıcılar qorudu, qarşılamada bunu etdilər - VİDEO - FOTO

6
Dek
2023
19:46

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı onun təyyarəsini  raketlərlə təchiz edilmiş döyüş təyyarələri müşayiət edib.

Azreform.info xəbər verir ki, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Putinin təyyarəsini havada 4 ədəd Su-35 qırıcısı müşayiət edib.

BƏƏ-də prezident sarayında isə onun təmtəraqlı qarşılanma mərasimi olub.

Onun şərəfinə top atəşfəşanlığı olub. Havada qırıcılar Rusiya bayrağını bəzəyən uçuşlar edib.

Mürtəza
Azreform.info