Rusiya prezidenti Vladimir Putin bu gün Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.
Azreform.info xəbər verir ki, o, BƏƏ-də keçirdiyi görüşlərdən dərhal sonra Səudiyyə Ərəbistanına gedəcək .
Putinin Yaxın Şərq ölkələrinə səfəri 24 saat çəkəcək.
Putin BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın təkbətək söhbəti olacaq.
Hər iki ölkənin liderləri ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, aktual beynəlxalq problemləri müzakirə edərək Yaxın Şərqdəki işlərin vəziyyətini vurğulayacaqlar.
Ər-Riyadda isə Putin vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla görüşəcək. Tərəflər ilk növbədə ticarət-iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlıq məsələlərinə, həmçinin çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərinə toxunacaqlar.
O da bildirilir ki, hər iki ölkədə keçirilən görüşlərdə müzakirələrin ana xəttini Rusiya neftinin ixracı məsələsi olacaq. Çünki hər üç ölkə OPEC+ üzvüdür və onlar bu formatında kifayət qədər sıx əməkdaşlıq edirlər. Görüşlərdə növbəti dövr üçün OPEC+ çərçivəsində qlobal neft bazarındakı sabit və proqnozlaşdırıla bilən vəziyyətdə saxlanması məsələsi müzakirə predmeti olacaq.
Mürtəza
Azreform.info