Sovet kosmonavtı Vladimir Aksyonov vəfat edib

10
Apr
2024
04:28

Sovet astronavtı iki dəfə SSRİ Qəhrəmanı Vladimir Aksyonov 90 yaşında vəfat edib.

Azreform.info ” xəbər verir ki, bu barədə Rusiyanın “Roskosmos” dövlət korporasiyası məlumat yayıb.

Aksyonov SSRİ-nin 36-cı pilot kosmonavtıdır. 1973-cü ilin martından kosmonavtlar korpusunda olub, ilk uçuşunu 1976-cı il sentyabrın 15-dən 23-dək “Soyuz-22” kosmik gəmisində edib.