İtaliyada SES-də partlayış olub, ölənlər var

9
Apr
2024
23:56

İtaliyanın Bolonya şəhərinin yaxınlığında su elektrik stansiyasında baş vermiş partlayışda dörd nəfər ölüb, beş nəfər yaralanıb.

Azreform.info ” xəbər verir ki, bu barədə ölkənin ANSA agentliyi yerli prefekturaya istinadən bildirib.

Daha üç nəfərin itkin düşdüyü bildirilir.

Partlayış zamanı stansiyada ümumilikdə 15 nəfər olub. Hadisənin səbəbləri hələlik aydınlaşdırılmayıb.