Mask əmindir: insanları 5 ilə Aya, 9 ilə isə Marsa aparacaq

9
Apr
2024
17:42

Yaxın beş il ərzində insanları Aya, yeddi-doqquz il ərzində isə Marsa çatdıra biləcəyimə əminəm. 

Azreform.info xəbər verir ki, bunu amerikalı sahibkar və SpaceX-in qurucusu İlon Mask bildirib.

“Marsa enən ilk Starship (ulduz gəmisi), ilkin olaraq heç bir insanı olmayacaq. Amma düşünürəm ki, beş il ərzində biz  insanları Aya çatdıracağıq. Marsa gəlincə, hesab edirəm ki, ilk insanlar yeddi-doqquz il ərzində  uçacaq”, - Mask qeyd edib.

Maskın fikrincə, iki planetdə olmağı mənimsəyən bəşəriyyət gələcəkdə başqalarına çata biləcək və bununla da sağ qalmaq şansı daha yüksək olacaq.

Mürtəza
Azreform.info