Azərbaycanın əsas strateji hədəfi budur, qalanı... - Daşnak deputat

9
Apr
2024
17:28

Ermənistan hakimiyyəti bunun əksini deməyə nə qədər cəhd etsə də, “Zəngəzur dəhlizi” gündəmdə qalır. 

Azreform.info xəbər verir ki, bunu“Ermənistan” blokundan olan daşnak deputat Armen Rüstəmyan deyib.

Onun sözlərinə görə, bununla da məsələ bitməyəcək. O əlavə edib ki, söhbət təkcə Tavuşdakı bu dörd ərazinin təslim edilməsindən getmir. “Bundan sonra biz böyük strateji zərbə alacağıq, Gürcüstana gedən yolu itirəcəyik”, - Rüstəmyan qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Ermənistanda bütün strateji əhəmiyyət kəsb edən yolları nəzarətə götürməyə çalışır, bundan sonra qalan tələblərin yerinə yetirilməsi texnika məsələsinə çevriləcək.

Mürtəza
Azreform.info