Putin erməni diplomatı işdən çıxardı

9
Apr
2024
14:42

Rusiya prezidenti Vladimir Putin erməniəsilli Mikayel Ağasandyanı ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) nümayəndəsi vəzifəsindən azad edib. 

Azreform.info xəbər verir ki, bu barədə Kreml rəhbərinin müvafiq sərəncamında deyilir.

Putinin digər fərmanı ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilev Rusiyanın KTMT-dəki nümayəndəsi təyin edilib.

Mürtəza
Azreform.info