Rusiyada körpü uçdu: Ölən və yaralananlar var - FOTO/VİDEO

8
Apr
2024
23:14

Rusiyanın Smolensk vilayətində üzərində iki avtomobilin olduğu Paninski körpüsü uçub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi bildirib.

Dağılan zaman körpüdən minik avtomobili və yük maşını keçib.
İlkin məlumata görə, insident nəticəsində altı nəfər yaralanıb. Bir qadın isə həlak olub.