Kubadan qaçan, Kastronu tənqid edən bacısı öldü

6
Dek
2023
08:23

Kubanın dövlət və siyasi xadimi Fidel Kastronun kiçik bacısı Xuanita Kastro dekabrın 4-də Mayamidə (Florida) vəfat edib.

Azreform.info xəbər verir ki, bu barədə onun nümayəndəsi Mariya Antonietta Kollinz məlumat verib.

“Bu gün müstəsna qadın və Kuba uğrunda yorulmaz döyüşçü Xuanita Kastro 90 yaşında vəfat etdi”, - o, İnstaqram səhifəsində yazıb.

Xuanita Kastro 1964-cü ildə vətənini tərk edib, bundan sonra o, Kuba hakimiyyətini dəfələrlə açıq şəkildə tənqid edib.

Daha sonra o, 1961-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etdiyini etiraf edib.