Bu ölkə Ukraynanı bütün Aİ-dən daha çox mərmi ilə təmin edir

6
Dek
2023
07:46

Cənubi Koreya Ukraynaya Avropa İttifaqı ölkələrinin hamısından daha çox sursat tədarük edib. 

Azreform.info xəbər verir ki, bu barədə Amerikanın "Washington Post" qəzeti yazır.

"Mərmilər ilin əvvəlində gəlməyə başladı və nəticədə Cənubi Koreya Ukraynaya bütün Avropa ölkələrinin cəmindən daha böyük artilleriya sursat tədarükçüsü oldu", deyə nəşr bildirib.

Amma nəşr tədarük olunan ümumi sursatın sayını açıqlamayıb.

Noyabr ayında Cənubi Koreya Müdafiə Nazirliyinin rəhbəri Şin Von-sik Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşdən sonra keçirdiyi brifinqdə Cənubi Koreyanın ABŞ-ın tələbi ilə Ukraynaya dəstəyi davam etdirməyə qərar verdiyini bildirmişdi.