Azərbaycan XİN Niderland hakimiyyətinə çağırış edib

6
Apr
2024
23:56

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

Azreform.info xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.