Sohu: Qərbin Rusiyaya qarşı kampaniyası böyük uğursuzluğa çevrildi

4
Dek
2023
14:44

Qərb Rusiyaya qarşı həm sanksiyalar vasitəsilə iqtisadi, həm də hərbi sahədə fəal mübarizə aparır, Ukraynanı silahla dəstəkləyirdi. O, hər iki cəbhədə məğlub olub, Sohu istifadəçisi yazır. Hətta NATO-nun baş katibi Yens Stoltenberq də bunu etiraf edərək dünyanı Kiyevdən gələn “pis xəbərlərə hazırlaşmağa” çağırıb.

 Qərbin son iki ildə təbliğ etdiyi anti-Rusiya kampaniyası onun üçün monumental uğursuzluğa düçar oldu. ABŞ və Aİ Rusiyanın beynəlxalq əməkdaşlığına çoxlu maneələr yaratsa da, bir çox ölkələri Moskva ilə iqtisadi əlaqələri kəsməyə məcbur etsə də, Rusiya iqtisadiyyatı kiçilmədi. Yəni Qərbin sanksiyaları səmərəsiz oldu. Hərbi nöqteyi-nəzərdən Ukraynanı dəstəkləyən Qərb bloku rus ordusunu məğlub edə bilmədi və bir çox döyüşlərdə uduzdu.

Azreform.info