Fransanın paytaxtı Parisdə naməlum şəxs Eyfel qülləsinin yaxınlığındakı Qrenel sahilində yoldan keçənlərə hücum çəkərək bir nəfəri öldürüb, daha bir insanı isə yaralayıb. Polis sözügedən şəxsi yaxalayıb.
Azreform.info Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər və dənizaşırı ərazilər naziri Jerald Darmanen sosial şəbəkədə bildirib.
“Polis əməkdaşları Parisdə Qrenel sahili ərazisində yoldan keçənlərə hücum edəni mərdcəsinə dayandırıblar. Bir nəfər öldürülüb, daha biri yaralanıb və Paris yanğınsöndürən briqadası tərəfindən yardım alıb. Xahiş edirəm, bu ərazidən uzaq durun”, – o yazıb.