Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi seçilib

1
Dek
2023
18:12

Bu gün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni şeyxinin müəyyənləşdirilməsi ilə əlaqədar idarənin Ali Dini Şurasının iclası keçirilib.

Ali Dini Şuranın səs çoxluğu ilə, Hacı Faiq Nəbiyev 5 il müddətinə GMİ-nin şeyxi seçilib. Məlumata görə, 21 nəfərdən ibarət Ali Dini Şuranın bəzi üzvləri etiraz olaraq səsvermədə iştirak etməyiblər.

Şeyx seçkilərində daha iki namizəd - Hacı Qurban Murquzov və İdarənin əməkdaşı Kərbəlayi Vidadi Qurbanov iştirak edib.