"Amansız xəstəliyim buna mane oldu"

17
Mar
2024
00:00

Xalq artisti Könül Xasıyeva gerçəkləşməyən layihəsindən danışıb.

Azreform.info xəbər verir ki, xanəndə bu haqda "Zaurla Günaydın" proqramında danışıb. İfaçı bildirib ki, "Yollar bağlıdır" mahnısı ilə bağlı arzuladığı layihəsini gerçəkləşdirməyə xəstəliyi səbəb olub:

"Bu mahnını yazdıranda fikir var idi ki, klip çəkdirək. Səhhətimdə amansız problemlər yarandı. Buna görə də layihəmiz təxirə düşdü və qaldı".

K.Xasıyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı konsert verəcəyini də açıqlayıb.