İrəvan nəticə çıxarmaq əvəzinə, növbəti fəlakətə sürüklənir - AÇIQLAMA

16
Sen
2024
16:56

"Bu gün Ermənistanın sülh danışıqlarını manipulyasiya edərək vaxt qazanmağa, silahlanmağa çalışması əslində özünü çıxılmaz vəziyyətə salır. Danışıqlardan yayınıb vaxt qazanmaq, nə də silahlanmaq Ermənistana ziyandan başqa heç nə vəd etmir. Bunun üçün Ermənistan tərəfinə İkinci Qarabağ müharibəsinədək ötən 30 ilə diqqət yetirməsi və ötən dövrün acı təcrübəsindən nəticə çıxarması lazımdır. O zaman Ermənistan güclü silahlanmaya və işğal altında saxladığı keçilməz  hərbi sədlər qurdular. Nəticəsi nə oldu?  Həmin sədlər alt-üst edildi, silah-sursat, hərbi texnikanın bir hissəsi Bakıdakı Qənimətlər parkını "bəzədi",  yerdə qalanı da "metallomluq" oldu. Amma görünən odur ki, Ermənistan  hələ də tarixin acı dərslərindən nəticə çıxarmaq niyyətində deyil.  Ermənistan yenə də havadarlarının əlində növbəti  dəfə "qurbanlıq keçi" rolunu oynamaqda davam edirlər".

 Bunu Azreform.info -a açıqlamasında deputat Arzu Nağıyev  deyib.

Arzu Nağıyev əlavə edib ki, Ermənistan reallığı nəzərə almadan  səhvlərini təkrar etməkdədir və bu da onlara çox baha başa gələcək.  "Ermənistan tərəfi anlamalıdır ki,  mövcud reallıq qəbul edilməyincə, erməni kartı  bölgədə marağı olan güclərin əlində alət kimi istifadə olunacaq, Ermənistan özü  isə blokadada qalmaqda davam edəcək.  Bununla da erməni xalqının  nə iztirabları bitəcək, nə də normal inkişafa nail ola biləcəklər. İrəvan  riskli oyunlardan əl çəkmədikcə  növbəti faciələr qaçılmaz olacaq. Onsuz da Prezident İlham Əliyev  dəfələrlə bəyan edib ki, sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü  və suverenliyini bərpa edərək yaratdığı reallıqlara uyğun dünyada ciddi regioanl  aktor  rolunu oynamaqdadır. Azərbaycanın qlobal geosiyasi proseslərin yaratdığı fürsətlərdən faydalanaraq  ciddi oyunçuya çevrilməklə beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib, yeni imkanklar qazanmaqdadır. Ermənistan isə əksinə... İrəvan Bakının sülh şərtlərindən yayınmaqla  yaranmış fürsətlərdən Ermənistanın geosiyasi əhəmiyyətini artırmaq əvəzinə, bu fürsətləri əldən verməklə əhəmiyyətsiz bir  coğrafiyaya çevrilirlər. Vaxt itikisi isə Ermənistanın ziyanına işləyir. Ermənistan  sıx inteqrasiya olunmuş əməkdaşlıq məkanından maraqlı güclərin toqquşma mərkəzinə çevrilir. Bir daha qeyd edirəm ki, bununla da Ermənistan özü-özünü fəlakətə sürükləyir", - o qeyd edib.

Mürtəza
Azreform.info