Polad Bülbüloğlu Rusiyada mükafata layiq görüldü

16
Sen
2024
18:07

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu TASS-ın "Mətbuatın dostu" xatirə medalı ilə təltif edilib.

Azreform.info AZƏRTAC-a istinadən xəbər verir ki, medal Müstəqil Dövlətlər Birliyinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformşurası) XXXII iclası çərçivəsində təqdim edilib. Fəxri nişan və diplomu Azərbaycan səfirinə TASS-ın baş direktoru Andrey Kondraşov təqdim edib.

Qeyd edək ki, "Mətbuatın dostu" medalı TASS tərəfindən təsis edilib və kütləvi informasiya vasitələri ilə münasibətlərdə açıqlıq və xoş münasibətə görə dövlət və ictimai xadimlərə təqdim olunur.