Azərbaycan düşmənlərini pərişan etməyi gözəl bacarır və edəcək də... - AÇIQLAMA

16
Sen
2024
17:00

"Azərbaycanın mövcud mürəkkəb beynəlxalq münasibətlər sistemində uğurlara imza atması qlobal səviyyədə aktuallıq kəsb edən məsələlərin həllinə töhfələr verməsi bəzi Qərb dairələri tərəfindən həzm edilə bilmir. Bu qüvvələr  Azərbaycanın güclənməsində maraqlı olmadığından öz ənənələrinə sadiq qalaraq  ölkəmizin nüfuzuna xələl gətirmək üçün qarayaxma kampaniyasına rəvac verməkdədirlər. Onlar bunun üçün  xristian səlibçiliyindən, islamafobiyaya kimi bütün faktorlardan istifadə edirlər".

 Bunu Azreform.info açıqlamasında deputat Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, Azərbaycanın uğurla hazırlaşdığı qlobal iqlim dəyişikliyinə qarşı  COP29 Zirvə toplantısı yaxınlaşdıqca bu qüvvələr daha  fəallaşmaqdadır. "Çünki həmin qüvvələr Azərbaycanın qlobal iqlim dəyişikliyi sahəsinə də ciddi töhfələr vermək qabliyyıtinə və potensialına malik olduğunu görürlər.  Prezident İlham Əliyevin  hər zaman qlobal çağırışlara çevik  reaksiya verərək Azərbaycanın   nəinki iqtisadi gücü və qüdrətinin artmasına, həmçinin büynəlxalq münasibətlər sistemində  ciddi rol oynayan böyük nüfuza malik ölkəyə çevrilməsinə nail olub. Cənab Prezident  qlobal çağırışlaırn növbəti mərhələsi kimi,  "yaşıl enerji" və "yaşıl iqtisadiyyata"  keçid istiqamətində də çevik  siyasət yürütməklə  beynəlxalq münasibətlər sistemində  Azərbaycanın  ciddi aktor roluna malik bir ölkə olduğunu ortaya qoyub. Bu da təbbi ki, Qərbdəki anti-Azərbaycan  gücləri ciddi narahat edir. Onlar Azərbaycanın bu sahədə də  böyük potensiala malik olduğunu bilirlər. Bu baxımdan Azərbaycanın həm güclənməsinə, həm də  beynəlxalq nüfuzuna  kölgə salmağa çalışırlar. Elə son vaxtlarda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana dair açıqladığı səyahət xəbərdarlığı, AŞPA-nın almaniyalı deputatı Frank Şvabenin ölkəmizə qarşı əsassız və qərəzli açıqlamalarla çıxış etməsi bunun bariz nümunəsidir. Əslində bu cür hücumlar  Azərbaycan  üçün yenilik deyil.  Azərbaycan illərdir  belə hücumların, qərəzli siyasətin şahidi olmaqdadır. Qərbin Azərbaycanın uğurlarına kölgə salmaq üçün çıxmadıqları oyunlar qalmayıb. Biz növbəti dəfə bu cür sifarişlər əsasında ölkəmizə qarşı əsassız və qərəzli fəaliyyətin şahidi oluruq", - o qeyd edib.
Deputat onu da əlavə edib ki,  bu ölkələr bir zamanlar  Ermənistanın işğlaçılıq siyasətinə  dəstək  verirdilərsə, indi də  Ermənistanı yenidən silahlandırma yolunu seçməklə Cənubi Qafqazda  dayanıqlı sülhə, sabitliyə və əməkdaşlığa mane olub  gərginlik yaratmaq istəyirlər: "Amma bu qüvvələr indiyədək Azərbaycanı tutduğu yoldan döndərə bilməybilər və bundan sonra da döndərməsi qeyri-mümkündür. Azərbaycan  növbəti uğurlara imza atmaqla həmin Qərbdəki dairələrin oyunlarını iflasa uğradacaq. Azərbaycan düşmənlərini, istəməyənləri  beynəlxalq miyqasda  sülhə, sabitliyə. inkişafı. təhlükəsizlik sisteminə verdiyi real töhfə ilə məyus etməyi çox gözəl bacarır. Azərbaycan  növbəti mərhələlərdə də yürütdüyü  siyasətlə nəinki dövlətin güclənməsi və qüdrətlənməsinə nail olacaq, eyni zamanda beynəlxalq münasibətlərə sistemində yeni-yeni qələbələrə imza atmaqla düşmənlərini pərişan edəcək".

Mürtəza
Azreform.info