İraq və Suriyanın şimalında 11 terrorçu zərərsizləşdirildi

10
Mar
2024
18:21

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında terrorçulara qarşı əməliyyat keçirib.

Azreform.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Pençe-Kilit” (İraq - red.) əməliyyat bölgəsində 10 PKK, “Fırat Kalnkanı” (Suriya - red.) bölgəsində isə 1 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.