İsveçin döyüş təyyarələri Rusiya sərhədinə yaxınlaşıb

10
Mar
2024
11:21

İsveç Hərbi Hava Qüvvələrinin təyyarələri ölkə NATO-ya üzv olduqdan sonra ilk dəfə Rusiya sərhədi yaxınlığında uçuşlar həyata keçiriblər.

Azreform.info xəbər verir ki, “Itamilradar” portalının məlumatına görə, uçuşlar Kalininqrad vilayəti yaxınlığında həyata keçirilib.

"Təyyarələrin sayı iki olub. Uzaqmənzilli hədəf aşkarlama sistemi ilə təchiz edilmiş “Saab 340” və elektron kəşfiyyat üzrə ixtisaslaşmış “Gulfstream S102B”.