TIR məktəbli avtobusu ilə toqquşub: xəsarət alanlar var

10
Mar
2024
10:14

Türkiyənin Mardin vilayətində TIR-la məktəbli avtobusu toqquşub.

Azreform.info xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Mazıdağı rayonunda baş verən qəzada aralarında müəllim və şagirdlərin də olduğu yeddi nəfər xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.