Roma Papası Ukraynanı danışıqlar masasına oturmağa çağırıb

9
Mar
2024
23:35

“Ukraynada tərəfi Rusiya ilə danışıqlara razı olmalıdır”.

Azreform.info xəbər verir ki, bu barədə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk İsveçrə telekanallarından birinə müsahibəsində söyləyib.

“Mən hesab edirəm ki, vəziyyətin gedişatını görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıq aparmağa cəsarəti olan tərəf daha güclüdür”.

Papa Fransisk hesab edir ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq mümkündür.
“Danışıqlar” cəsarətli sözdür. Uğursuz olduğunuzu, işlərin pis getdiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır”, - deyə Papa Fransisk vurğulayıb.