Bayden Trampın Orbanla görüşünü tənqid edib

9
Mar
2024
23:21

ABŞ Prezidenti Cozef Bayden sabiq ölkə lideri Donald Trampın Florida ştatında Macarıstanın Baş naziri Viktor Orbanla görüşünü tənqid edib.

Azreform.info ” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

“Bilirsiniz, bu gün o (Tramp – red.), Mar-a-Laqoda kiminlə görüşür? Qətiyyətlə demokratiyanın işlədiyinə inanmadığını deyən və diktatura axtaran Macarıstandakı Orbanla”, – Bayden deyib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, o, “demokratiyanın gözdən salındığı deyil, müdafiə olunduğu” gələcəyin tərəfdarıdır.