Dövlət İsveç cəmiyyəti haqqında dezinformasiya yayan məscidləri müsadirə etməli və sökməlidir. Azreform.info xəbər verir ki, bunu İsveç Demokratlar Partiyasının lideri Yimmi Akesson deyib.
“Nəhayət, antidemokratik, anti-İsveç, homofob və ya antisemitizm təbliğatının və ya İsveç cəmiyyəti haqqında dezinformasiyanın yayıldığı məscid binalarını müsadirə etməyə və sökməyə başlamalıyıq. Minarələr, günbəzlər, ayparalar və şəhərin mənzərəsində islamçı abidələr olan digər atributlar tamamilə yığışdırılmalıdır”, - İsveç Demokratlarının lideri bu gün partiyanın illik qurultayında bildirib.