Vəzifəli şəxs qəzada həlak oldu

18
Okt
2024
11:49

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info Report-a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva” markalı avtomobilə çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov “Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.