Azərbaycanlı teleaparıcı atdan yıxılıb yaralandı

18
Okt
2024
17:42

ASAN TV-nin aparıcısı Xəyalə Hüseynlinin başına iş gəlib.

O, bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

Belə ki, aparıcı xanım atdan yıxılaraq başından və qolundan xəsarət alıb.

Teleaparıcı paylaşımına "Bu gün də ölmədimsə, bir də çətin..." şərhini yazıb.