Pakistanın Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib

9
Mar
2024
18:21

Azərbaycan və Pakistan xalqları arasında unikal dostluq bağları var.

Azreform.info ” xəbər verir ki, bunu yenidən Pakistanın Baş naziri seçilən Şahbaz Şərif “X” hesabında yazıb.

O, təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, Ş.Şərif martın 3-də növbəti dəfə hökumət başçısı seçilib. Prezident İlham Əliyev martın 4-də Ş.Şərifi təbrik edib və onu Azərbaycana səfərə dəvət edib