Vaşinqtonda başa düşdülər ki, Azərbaycanla əlaqələri kəsməklə...

28
Noy
2023
14:15

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinə zəngi ABŞ-ın yenidən iki ölkə arasında vasitəçilik missiyasına hesablanıb. Azərbaycan Vaşinqtonun vasitəçiliyindən imtina edib. Çünki, ABŞ Konqresində dinləmələrdə anti-Azərbaycan kampaniyasına start verilib. Həmçinin bununla da yüksək səviyyədə Azərbaycana qarşı siyasi qadağalar tətbiq edib.

Azreform.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton hesab edir ki, bu təzyiqlər fonunda Azərbaycan geri addım atacaq və Ermənistanla istədikləri şərtlərlə sülh müqaviləsinin imzalanmasına gedəcək. Amma, prezident İlham Əliyevin prinsipial və milli maraqlara söykənən siyasəti bu təzyiqlərə baxmayaraq dövlətin maraqlarını yüksək səviyyədə qorudu.

E.Bilinkenin zəngi ilə Azərbaycanla yüksək səviyyədə səfərləri və dialoqu qadağan edən ABŞ özü qadağanı pozmuş oldu. Görünür, Vaşinqtonda başa düşdülər ki, Azərbaycanla əlaqələri kəsməklə ABŞ-ın Cənubi Qafqaz siyasətinə mənfi təsir edəcək. Regionda Rusiyanın sıxışdırılması siyasəti baş tutmayacaq. 

Dövlət katibinin zəngi ilə ABŞ və Azərbaycan arasında münasibətlərdə diplomatik təmasların və ikitərəfli səfərlərin davam etdirilməsi razılaşdırıldı. Bununla da Vaşinqton -Baki arasında son günlər əsən soyuq küləklər, isinməyə başladı.

E.Blinken Ermənistan və Azərbaycan liderlərə Vaşinqtona dəvət edərək üç tərəfli danışıqlar prosesini başlatmaq təklifi verməsi istisna deyil. Rəsmi Bakının bu təklifi qəbul etməsi mümkündür. O halda ki, ABŞ əvvəlki mövqeyinə- Azərbaycanın beş təməl prinsipləri əsasında danışıqlara qayıtmalıdır.

Azərbaycanın regionda uğurlu siyasət aparaması, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə sıx siyasi-iqtisadi əməkdaşlığı Vaşinqtonun regional siyasətində korrektlər etməyə gətirib çıxarır. ABŞ, Ermənistanla Azərbaycanı bir arya gətirib, sonucda ikitərfli danışıqlar aparmaq üçün N. Paşinyana təlimatlar verməsi mümkündür. Çünki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağalamadan Rusiyanın təsirindən çıxa bilməyəcək. Ona görə də Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atılacaq.