Azreform.info xəbər verir ki, Cənubi və Şimali Koreya arasında hərbi razılaşmanın qismən dayandırılmasından sonra KXDR hakimiyyəti iki ölkənin sərhədləri yaxınlığındakı demilitarizasiya zonasına qoşun və ağır silahlar yerləşdirib. Bu barədə bazar ertəsi, noyabrın 27-də Cənubi Koreyanın Yonhap agentliyi ölkənin silahlı qüvvələrinə istinadən məlumat yayıb. Cənubi Koreya hərbçilərinin nümayəndələrinin sözlərinə görə, ümumilikdə, Pxenyan 2018-ci ildə Koreyalararası hərbi razılaşmanın bağlanmasından sonra sökülən təhlükəsizlik postlarını bərpa edəcək.
Onların sözlərinə görə, ağır silahlanmış Şimali Koreya əsgərləri noyabrın 24-dən etibarən bir neçə məntəqədə postlar qurublar. Cənubi Koreya ordusunun yüksək rütbəli rəsmisi jurnalistlərə bildirib ki, hazırda KXDR-də bir neçə təhlükəsizlik postu fəaliyyət göstərir, lakin müşahidəçi onların hamısının bərpa olunacağına inanır.