Yəmən sahillərində İsraillə əlaqəsi olan “Central Park” neft tankeri ələ keçirilib.
Bu barədə “Assoşeyited Press” məlumat yayıb.
“Yəmənin Ədən sahillərində İsraillə əlaqəsi olan neft tankeri naməlum qüvvələr tərəfindən qaçırılıb”, - məlumatda deyilir.
Bildirilib ki, gəmi “Zodiac Maritime” şirkətinə məxsusdur.
Qeyd edək ki, ötən gün israilli milyarderə məxsus gəmi Hind okeanında İran PUA-sı tərəfindən hücuma məruz qalmışdı.