“İnjuria” jurnalı tərəfindən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi ilə birgə təşkil olunan Miqrasiya Hüquq Məktəbinin birinci buraxılışının yekun tədbiri keçirilib.
Kurs barədə məlumat verən birlik sədri Azər Allahverənov qeyd edib ki, Miqrasiya Hüquq Məktəbi çərçivəsində təşkil olunan “Miqrasiya və Hüquq” kursu cari ilin yanvar-fevral aylarında tədris edilib. Əsasən distant qaydada intensiv tədris proqramı formatında təşkil olunan bu kursda iştirak edən dinləyicilərə Azərbaycanda təşəkkül tapan miqrasiya fenomeninin nəzəri və praktiki aspektləri, miqrasiya proseslərinin hüquqi tərəfləri, həmçinin miqrasiya qanunvericiliyində nəzərdə tutulan normaların tətbiqi barədə ətraflı məlumat verilib.
Məktəbin əhəmiyyəti barədə danışan jurnalın təsisçici Kəmalə Məmmədova vurğulayıb ki, hazırda miqrasiya idarəçiliyinin hüquqi aspektləri ilə maraqlanan tərəfdaşların sayı kifayət qədər çoxdur və belə bir kursun davam etdirilməsinə böyük ehtiyac var. Bu səbəbdən gələcəkdə Miqrasiya Hüquq Məktəbi çərçivəsində müxtəlif təlim-tədris modulları əsasında növbəti tədris kurslarının keçirilməsi ətrafında danışıqlar aparılır.
Tədbirin sonunda proqram materiallarını mənimsəyən, yekun qiymətləndirmə zamanı bilik və bacarıqları müvəffəq qiymətləndirilən bir qrup dinləyiciyə sertifikatlar təqdim olunub.