Müstəqil Həmkarlar Birliyi Zəfər bayramı münasibəti ilə xalqı təbrik edir

7
Noy
2023
10:54

azreform.info Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Birlik Zəfər bayramı münasibəti ilə xalqı təbrik edir. Təbrikdə deyilir:

Hörmətli həmvətənlər,

8 Noyabr Azərbaycanın şanlı zəfərinin 3-cü il dönümüdür.

Məhz 3 il əvvəl bu gün Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandanın başçılığı ilə  44 gün davam edən Vətən müharibəsinin sonunda xalqımızın 30 ildən çox davam edən Qarabağ həsrətinə son qoydu!

Müstəqil Həmkarlar Birliyi olaraq xalqımızı Zəfər bayramı münasibəti ilə təbrik edir, xalqımıza sülh, əmin-amanlıq, rifah arzu edir, qələbəmizin, birliyimizin daim olmasın diləyirik!

Hörmətlə,

Müstəqil Həmkarlar Birliyi