Rusiyanın “Vnukovo” və “Domodedovo” hava limanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Azreform.info xəbər verir ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınıb.
Belə ki, ümumilikdə 7 reys təxirə salınıb, daha üçü ləğv edilib.
Qeyd edək ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin dronlarla Moskvaya hücum cəhdlərinin olduğunu açıqlamışdı.