Fuad Əliyev: Bu nəticə etibarı ilə Azərbaycanın gələcəyinə qoyulan bir sərmayədir

25
Noy
2023
15:25

“SPECA-ya üzv dövlətlərin Zirvə görüşün Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzun göstəricisidir”.

Bu fikirləri prezidentliyə əks-namizəd, politoloq Fuad Əliyev Azreform.info-ya bildirb.

Onun sözlərinə görə, Azərbaycanın SPECA-ya sədrlik etməsi bu proqramın 25-ci ildönümünə təsadüf etdi: “Son 15 il ərzində Azərbaycan çox mötəbər büynəlxalq tədbirlərin təşkilatçısı olub. Bu dəfə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyilə ölkəmizdə keçirildi. Bu da, SPECA-ya üzv dövlətlərin Zirvə görüşün Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzun göstəricisidir. Geopolitik baxımdan Azərbaycan çox əlverişli ərazidə yerləşir. Bu gün dünyanın bir çox ölkələrin iqtisadi maraqları Azərbaycanla bağlıdır. Azərbaycan Avropanı Orta, Mərkəzi və Cənub Asiya ölkələri birləşdirir. Dövlətlərin maraqlarını bir daha Bakıda keçirilən SPECA tədbirində şahidi olduq. Keçirilən Zirvə görüşü geniş iqtisadi əməkdaşlıq formatına yol açır. Prezident İlham Əliyevin dəvəti ilə SPECA görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər ki, da görüşün mötıbərliliyinin göstəricisi hesab olunur”.
Fuad Əliyevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda gedən sürətli bərpa işləri, nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulması nəticə etibarı ilə Azərbaycanın gələcəyinə qoyulan bir sərmayədir.