17.02.2024-cü il tarixində Bakı şəhəri, Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən Zirə Eko Park Mədəniyyət Mərkəzində yazar Valeh Abidoğlunun ərsəyə gətirdiyi və Zirə qəsəbə sakinlərindən bəhs edən “Bizimkilər”, eləcə də “Bizimkilər-2” kitablarının təqdimat mərasimi keçirilib.
Yazarın “Bizimkilər” kitabında əsas mövzular 1918-ci ildə ermənilərin Bakıda törətdiyi soyqırımda qətlə yetirilən, 1937-ci ildə Sovet Hökumətinin repressiyasına məruz qalan, eləcə də II Dünya Müharibəsində həlak olan, itkin düşən Zirə qəsəbə sakinləri haqqındadır. Xüsusən II Dünya Müharibəsi mövzusunda təxminən 340 nəfərə yaxın Zirə sakinlərinin bu müharibəyə yollanması, onlardan 223 nəfərin isə geri qayıtmaması haqqında olduqca maraqlı məlumatlar yazılmışdır. Bu müharibədə iştirak etmiş, əsir düşmüş sakinlər haqqında da məlumatlara rast gəlmək mümkündür. Qafqazın qorunmasında iştirak etmiş Zirə qəsəbə sakinlərindən ibarət olan qadınlara və onların Qafqazın qorunmasına görə aldıqları medalların sənədləri ilə də tanış olmaq olar.
Yazarın bu kitabdakı digər mövzularından biri də I və II Qarabağ Müharibəsində şəhid olmuş Zirə qəsəbə sakinləri haqqında geniş məlumatlar verilmişdir.
Yazarın ikinci kitabı olan “Bizimkilər-2” kitabında isə əsas mövzular 1883-cü ildən 1990-cı illərə qədər olan dövrü əhatə edir. Kitabda məhz bu dövrlərdə Zirə qəsəbə sakinlərinin keçdiyi çətin və keşməkeşli yollardan, sakinlərin uğurlarından, milli və mədəni irsdən, dəyərlərdən, qəsəbə tarixindən, ziyalı şəxslərdən və müxtəlif sahələrdən söhbət açılır.
]