Azreform.info Türkiyanın Dünya nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də başlayan Ukrayna hərbi münaqişəsinin sona çatması ilə bağlı ilk siqnalı verib. Noyabrın 22-də Hindistanın onlayn keçirdiyi G20 liderlərinin sammitində iştirak edən Rusiya lideri Moskvanın hərbi əməliyyatlara son verə biləcəyini deyib. Bundan başqa, dövlət başçısı Ukraynadakı vəziyyətin konkret insanlar və ailələr üçün faciəyə çevrildiyini vurğulayıb.