Fuad Əliyev: Fikrimcə, burada ictimai nəqliyyat iki yerə bölünməlidir

15
Fev
2024
15:45

Vaxtı ilə Bakı şəhərində “balaca” avtobusların ucbatından yaranan tıxaclar, avtobus sürücülərinin bir-birinə qarşı 20 qəpik uğrunda savaşı hamının yadındadır. Sonra nəqliyyət sahəsində aparılan islahat nəticəsində “Baku Bus” şirkəti yaradılaraq Bakıya böyük həcmli, müasir avtobuslar gətirildi. Amma buna baxmayaraq heç nə dəyişmədi. İndi bu “böyük” avtobuslara görə Bakının dar küçələrində, dayanacaq olan yerlərdə tıxaclar yaranır. Bakıda ictimai nəqliyyatın problemi həllini tapmır.

Bu sahədə mövcud problemlərlə bağlı müsahibimiz Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bildirdi:

“Vətəndaşlar uzun müddət dayanacaqlarda gözləməli, avtobuslar isə gec gəldiyi üçün sərnişinlər bir neçə sərnişin dolu avtobusu “yola salmalı” olurlar. Tıxaclarla bağlı saatlarla avtobusun içində yolun açılmasını gözləyirlər. Digər məsələni deyim. Bakının bəzi küçələrində avtobuslar üçün ayrıca zolaqların olmasına  baxmayaraq, sürücülər bir-birlərilə rəqabət apararaq başqa zolaqlardan istifadə edirlər. Dayanacaqda duran sərnişinləri birinci götürmək üçün yol hərəkətin qaydalarını pozurlar. Elə bilki, bu avtobus sürücülər “Formula-1” yarışların iştirakçılarıdır”.

Fuad Əliyevin fikirincə nəqliyyət problemi kompleks həll olunmalıdır:

“Sürücülərin peşəkar oluması vacib bir məsələdir. Sürücülər sürücü etikasını riayət etməlidirlər, yol hərəkət qaydalarını pozmamalıdırlar. Müşahidə edirik ki, bir istiqamətdə bir neçə avtobus xətlər, bir-birini təkrar edir. Fikrimcə, burada ictimai nəqliyyat iki yerə bölünməlidir. Bakı şəhər İcra hakimiyyəti və Bələdiyyələr arasında bölünməlidir. Bələdiyyələr hər bir bələdiyyənin daxili ərazisində avtobus xətləri yaratmalıdır. Bir də BŞİH tabeyiçiliyində olan avtobuslar bütün bələdiyyələri əhatə edən marşrut istiqamətində fəaliyyət göstərsinlər. Pandemiya dövründə metro işləmirdi. Və metronu əvəz edərək yeni avtobus xətləri təşkil olundu. Onlar bu gün də fəaliyyət göstərirlər. Yəni ki, indi "Elmlər Akademiyası"ndan "Həzi Aslanov"a gedib qayıda bilirsən. Bələdiyyə nəqliyyatı “balaca” avtobuslardan istifadə edə bilər, BŞİH isə tabeyiçilində olan avtobuslar daha böyük həcimdə ola bilərlər”.

 

Fuad Əliyev hesab edir ki, nəqliyyat infrastrukturla barəbər digər problemləri də həll etmək lazımdır. Onun fikrincə, ali təhsil ocaqların şəhərdən kənara köçürülməlidir.

 

Azreform.info

 

Fuad Əliyev hesab edir ki, nəqliyyat infrastrukturla barəbər digər problemləri də həll etmək lazımdır. Onun fikrincə, ali təhsil ocaqların şəhərdən kənara köçürülməlidir.

 

Azreform.info