Tokayev: Mən Bakıya tam tərkibli nümayəndə heyəti gətirmək qərarına gəldim

24
Noy
2023
16:05

Bakıya işgüzar səfəri çərçivəsində dövlət başçısı Qasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb, Azreform.info Akordanın mətbuat xidmətinə istinadən xəbər verir.

Ənənəvi qonaqpərvərliyə və birinci SPECA Sammitinin təşkilinə görə İlham Əliyevə təşəkkür edən Qasım-Jomart Tokayev Bakını Xəzər regionunun mirvarisi və dünyanın ən gözəl şəhərlərindən biri adlandırıb.

Dövlətimizin başçısı fürsətdən istifadə edərək, əlamətdar hadisə - ölkəmizin ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin edilməsi münasibətilə İlham Əliyevi və qardaş Azərbaycan xalqını bir daha təbrik etdi.