Azərbaycanda dollara tələb kəskin artdı

13
Fev
2024
15:49

Bu gün Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 151,1 mln. ABŞ dolları təşkil edib və tələb tam təmin ödənilib.

Azreform.info ”ın məlumatına görə, bu isə ötən valyuta hərracındakı 61,4 mln. dollarlıq tələbdən 2,5 dəfə çoxdur. Fevralın 6-da baş tutan hərracdakı tələblə müqayisədə isə 1,9 dəfə artım qeydə alınıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Könül
Azreform.info