15 yaşlı oğlan bıçaqlandı

20
Sen
2024
18:14

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, rayonun Muğanlı kəndindən olan 2009-cu il təvəllüdlü A.P. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.