AZərbaycanda illik inflyasiya açıqlandı

13
Fev
2024
15:21

Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar ayına nisbətən 101,7%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7%, qeyri-qida məhsulları üzrə 101,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2% təşkil edib.

Azreform.info ” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,5% olub.

O cümlədən, yanvarda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi dekabra nisbətən 101,1% təşkil edib.