Manat bu valyutalar qarşısında bahalaşdı

13
Fev
2024
09:56

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

Azreform.info xəbər verir ki, avronun məzənnəsi 0,3% azalaraq 1,8299 manat, Rusiya rublunun məzənnəsi 0,5% geriləyərək 0,0186 manat, Türkiyə lirəsi 0,2% ucuzlaşaraq 0,0553 manat təşkil edib.

ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.