MTK ilə Bakı meriyası arasında torpaq çəkişməsi

9
Fev
2024
17:14

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.

Azreform.infoın məlumatına görə, “Capital City” Mənzil-Tikinti Kooperativi Bakı meriyası ilə bağlı iddia qaldırıb.

Məhəmə işinin mahiyyəti torpaq mübahisələridir.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Capital City” MTK 10.12.2014 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Mikayılov Mübariz Çərkəz oğludur. Şirkətin hüquqi ünvanı  Bakı şəhəri Nərimanov rayonu, Faiq Yusifov, ev 51A, nizamnamə kapitalı 100 manatdır.

Könül
Azreform.info